Azərbaycan kanoeçisi "Rio-2016"da finala yüksəlib - YENİLƏNİB

Azərbaycan kanoeçisi "Rio-2016"da finala yüksəlib - YENİLƏNİB Valentin Demyanenko finişə 40,298 saniyəyə çatıb
Fərdi
17 Avqust , 2016 18:04
Azərbaycan kanoeçisi Rio-2016da finala yüksəlib - YENİLƏNİB

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko yarımfinal yürüşünə çıxıb. 

"Report"un məlumatına görə, 33 yaşlı idmançı finişə 40,298 saniyəyə çatıb.

O, yalnız gürcüstanlı Zaza Nadiradzedən 0,152 saniyə geri qalaraq yürüşü ikinci pillədə başa vurub.

Finalda Demyanenkonun rəqibləri Nadiradze ilə yanaşı, digər yarımfinal yürüşlərinin qalibləri - braziliyalı İsakias Keyruş dos Santos (39,659), Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor (40,394), eləcə də ispaniyalı Alfonso Benavides Lopes de Ayala (40,038), fransalı Tomas Simar (40,670), çinli Qianq Li (40,066) və çexiyalı Martin Fuksa (40,311) olacaq.

*** 16:41, 17:38

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 39,749 saniyəyə çatıb.

Nəticədə o, bütün rəqiblərini qabaqlayaraq, yürüşün qalibi olub.

Demyanenko ilk "5-liy"ə düşdüyü üçün, reqlamentə əsasən, yarımfinala yüksəlib. Onun növbəti yürüşü saat 17:42-də başlanacaq. 

Rəqiblər isə almaniyalı Ştefan Kiray, gürcüstanlı Zaza Nadiradze, portuqaliyalı Elder Silva, macarıstanlı Conatan Haydu, ukraynalı Yuri Çeban və kanadalı Mark Olderşou olacaq.

Reqlamentə əsasən, yürüşü ilk 2 sırada başa vuranlarla yanaşı, 3 yürüşdə 3-cü yeri tutanlardan ən yaxşı göstəriciyə malik 2 kanoeçi finala yüksələcək.

Son xəbərlər

Orphus sistemi