Cavid Çələbiyev: "Qızıl medal qazanacağıma inanırdım"

Cavid Çələbiyev: "Qızıl medal qazanacağıma inanırdım" "Bundan sonra bütün yarışlara 60 kq çəki dərəcəsində qatılacağam"
Fərdi
18 May , 2017 19:20
Cavid Çələbiyev: Qızıl medal qazanacağıma inanırdım

Bakı. 18 may. REPORT.AZ/ "Qələbəmə inanırdım".

"Report" xəbərinə görə, bunu "Bakı  2017" lV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın boks yığmasının aktivinə qızıl medal yazdıran Cavid Çələbiyev deyib.

O, yarışa hazırlaşdığını deyərək bu səbəbdən müsbət nəticə əldə etdiyini bildirib: "Qızıl medal qazandım. Mən çəkdiyim əziyyətlərə görə bütün rəqiblərimdən güclü olduğuma əmin idim. Bundan sonra bütün yarışlara 60 kq çəki dərəcəsində qatılacağam. Mən "Qəbələ" klubunu təmsil edirəm və bu qızıl medalı da kluba həsr edirəm. Çünki bu klubun üzərimdə böyük əziyyəti var".

Son xəbərlər

Orphus sistemi