Qırğızıstanın bəzi idmançıları İslamiadaya şəxsi vəsaitləri hesabına gələcəklər

Qırğızıstanın bəzi idmançıları İslamiadaya şəxsi vəsaitləri hesabına gələcəklər Asiya ölkəsi idmanın 11 növündə təmsil olunacaq
Fərdi
13 Aprel , 2017 10:36
Qırğızıstanın bəzi idmançıları İslamiadaya şəxsi vəsaitləri hesabına gələcəklər

Bakı. 13 aprel. REPORT.AZ/ Qırğızıstan nümayəndə heyəti Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 70-ə yaxın idmançı ilə qatılacaq.

"Report"un sputnik.kg saytına istinadən verdiyi məlumata görə, bu ölkə İslamiadada idmanın 11 növündə - üzgüçülük, güləş, cüdo, boks, atıcılıq, bədii gimnastika, atletika, taekvondo, uşu, voleybol və zorxanada təmsil olunacaq.

Dövlət agentliyinin büdcəsindən Oyunlarda iştirak və komandanın geyimlə təmin olunması üçün 51 nəfərlik heyətə 4,69 milyon som (116 min 781 manat) pul ayrılıb. Digər idmançılar isə Qırğızıstan Milli Olimpiya Komitəsinin və şəxsi vəsaitləri hesabına İslamiadaya ezam olunacaqlar.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi