Olimpiya çempionu İran milli komandasından uzaqlaşdırılıb

Olimpiya çempionu İran milli komandasından uzaqlaşdırılıb Kianuş Rostami IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcək
Fərdi
7 Fevral , 2017 11:53
Olimpiya çempionu İran milli komandasından uzaqlaşdırılıb

Bakı. 7 fevral. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Kianuş Rostami ağırlıqqaldırma üzrə İran milli komandasının heyətindən kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Səccad Anuşiravani qərar verib. 

O bildirib ki, səbəb Rostaminin məşqlərə qatılmamasıdır. Anuşiravarani 26 yaşlı atletin 24 - 28 apreldə Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Asiya çempionatında və 12 - 22 mayda Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcəyini vurğulayıb. 

Qeyd edək ki, 85 kq çəki dərəcəsində çıxış edən Kianuş Rostami "Rio-2016"da iki hərəkətin cəmində 396 kq ağırlığın öhdəsindən gələrək, rekord müəyyənləşdirib. O, 2012-ci il London olimpiadasında isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi