Nurməhəmməd Hacıyev: "Son anda özümdə güc tapıb iranlı idmançıya qalib gəldim"

Nurməhəmməd Hacıyev: "Son anda özümdə güc tapıb iranlı idmançıya qalib gəldim" "Qələbəmə görə məşçilərimə, baş mışçimizə minnətdaram"
Fərdi
19 May , 2017 20:54
Nurməhəmməd Hacıyev: Son anda özümdə güc tapıb iranlı idmançıya qalib gəldim

Bakı. 19 may. REPORT.AZ/ "Finalda bir az yorğun olduğum üçün İran idmançısı önə çxmışdı. Amma son anda özümdə güc tapıb ona qalib gəldim."

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə 97 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Nurməhəmməd Hacıyev deyib.

Onun sözlırinə görə, final görüşü ən çətin olub: "İranlı rəqibimi əsl rəqib hesab edirəm. Qələbəmə görə məşqçilərimə, baş məşqçimizə minnətdaram".

O, dünya çempionatına hazırlaşacağını da deyib: "Dünya çempionatında iştirak etməyim hakimlərin qərarından asılıdır. Amma mən məşqlərimi davam etdirəcəm, hazırlaşacam".

Son xəbərlər

Orphus sistemi