Boksçu Lorenso Sotomayor Azərbaycana gümüş medal qazandırıb

Boksçu Lorenso Sotomayor Azərbaycana gümüş medal qazandırıb O, finalda özbək rəqibini məğlub edə bilməyib
Fərdi
21 Avqust , 2016 22:24
Boksçu Lorenso Sotomayor Azərbaycana gümüş medal qazandırıb

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 64 kq. çəki dərəcəsində baş tutan qarşılaşmada rəqib özbəkistanlı Fazliddin Qaibnazarov olub.

İlk raundda Sotomayor rəqibindən üstün olub. İkinci raundda Qaibnazarovu 3 hakimdən 2-si üstün sayıb. Üçüncü raundda isə özbək boksçu daha üstün hesab edilib.

Beləliklə, Lorenso Sotomayor Azərbaycana "Rio-2016"da gümüş medal qazandırıb.

Son xəbərlər

Orphus sistemi