Bakı. 19 may.
"Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan stolüstü tennisçisi Jinq Ninq söyləyib.
Finalda türkiyəli Melek Huya uduzan Çin əsilli idmançı ikinciliyi qəatbəxş saydığını və növbəti yarışlara daha səylə hazırlaşacağını deyib: "Finalda uduzsam da, gümüş medal da pis deyil. Qarşıdakı yarışlara baxacağıq. Azərbaycanda da stolüstü tennis tədricən inkişaf edir".
Qeyd edək ki, bu gün Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanq bürünc medal qazanıb.