İslamiadanın maskotları təqdim olunub

İslamiadanın maskotları təqdim olunub Atlara "İncə" və "Cəsur" adları verilib
Fərdi
13 Fevral , 2017 15:13
İslamiadanın maskotları təqdim olunub

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotları təqdim edilib.

"Report"un məlumatına görə, Qarabağ atları Oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, "Bakı 2017"nin simaları olacaq.

Onlara "İncə" və "Cəsur" adları verilib. Hər iki at Oyunlar öncəsi və zamanı əhalimizi oyunların bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda mərkəz və regionlarda əsl idman bayramı əhval-ruhiyyəsi yaradacaq.

Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də real görünüşə sahib olaraq "Bakı 2017" tədbirlərinə rəng qatacaq.

Son xəbərlər

Orphus sistemi