İslamiadada kişi voleybolçular arasında keçiriləcək yarışın püşkü atılıb

İslamiadada kişi voleybolçular arasında keçiriləcək yarışın püşkü atılıb Azərbaycan millisi Türkiyə ilə eyni qrupa düşüb
Fərdi
3 Mart , 2017 09:37
İslamiadada kişi voleybolçular arasında keçiriləcək yarışın püşkü atılıb

Bakı. 3 mart. REPORT.AZ/ Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi voleybolçular arasında keçiriləcək yarışın püşkü atılıb.

"Report"un məlumatına görə, Azərbaycan millisi Türkiyə, İndoneziya, Pakistan və Əfqanıstanla birgə A qrupuna düşüb. B qrupunda isə İran, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları mübarizə aparacaq. Hər qrupdan iki ən yaxşı komanda yarımfinala yüksələcək. İran əsas komanda ilə təmsil olunmayacaq.

Qeyd edək ki, voleybol yarışları 11 - 21 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi