İslamiada: VIII yarış günündə medal qazanan idmançılar mükafatlandırılıb

İslamiada: VIII yarış günündə medal qazanan idmançılar mükafatlandırılıb Milli Olimpiya Komitəsində baş tutan tədbirdə rəsmilər və idmançılar iştirak ediblər
Fərdi
16 May , 2017 15:17
İslamiada: VIII yarış günündə medal qazanan idmançılar mükafatlandırılıb
Report.az

Bakı. 16 may. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsi çərçivəsində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının VIII yarış günündə medal qazanan idmançılarla görüş keçirilib.

"Report"un məlumatına görə, tədbirdə MOK-un, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və digər qonaqlar iştirak ediblər.

Tədbir zamanı şərəf lövhəsinə imza atan idmançılar mükafatlandırılıblar.

Qeyd edək ki, mayın 15-də keçirilmiş yarışlarda Azərbaycanın 18 medal qazanıb. Bençe Talas (iki qızıl), Murad Ağarzayev, Yuliya İnşina (hamısı idman gimnastikası), Anastasiya İbrahimli (ağırlıqqaldırma), qarışıq komanda halında səngər stendi (Aydan Camalova və Əli Hüseynli), Ruslan Lunyov (hər ikisi atıcılıq), cüdo üzrə kişilərdən ibarət yığma (Orxan Səfərov, Rüstəm Orucov, Rüfət İsmayılov, Məmmədəli Mehdiyev, Uşanqi Kokauri, Nicat Şıxəlizadə, Elxan Məmmədov) və Maksim Şemberev (üzgüçülük) qızıl medal əldə edib. Bençe Talas, Marina Nekrasova (iki gümüş) Yekaterina Tişkova (hamısı idman gimnastikası), cüdo üzrə qadınlardan ibarət yığma (Nəzakət Əzizova, İçhinkotlo Munxtsedev, Xanım Hüseynova, Gülsədəf Kərimova, İrina Kindzerska, Kifayət Qasımova, Buyanxişiq Purevsuren) və Nurlana Cəfərova (atıcılıq) “gümüş”ə yiyələnib. Timur Bayramov, Yuliya İnşina (hər ikisi idman gimnastikası) və Elnurə Abbasova (ağırlıqqaldırma) isə bürünc medal qazanıb. Bununla da Azərbaycanın İslamiadadakı ümumi medal sayı 68-ə çatıb.

Son xəbərlər

Orphus sistemi