İslamiada: Ramil Quliyev Türkiyə yığmasına qızıl medal qazandırıb - YENİLƏNİB

İslamiada: Ramil Quliyev Türkiyə yığmasına qızıl medal qazandırıb - YENİLƏNİB Azərbaycanı təmsil edən atletlər isə təsnifat mərhələsində mübarizəni dayandırıb
Fərdi
16 May , 2017 20:07
İslamiada: Ramil Quliyev Türkiyə yığmasına qızıl medal qazandırıb - YENİLƏNİB

Bakı. 16 may. REPORT.AZ/ Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. "Report"un məlumatına görə, 27 yaşlı sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət edib. 

Bruneyli Endryu Fişer 10,16 saniyə nəticə ilə gümüş, omanlı Bərəkət əl-Harti 10,35 saniyə göstərici ilə bürünc medal əldə edib. 

Qeyd edək ki, Ramil Quliyev yarımfinalda 10,31 saniyə nəticə ilə birinci yerin sahibi kimi finala adlamışdı. 

*** 13:18

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 100 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycanı Kamran Əsgərov və Ramiz Məlikov təmsil edib. Əsgərov 11,04 saniyə nəticə ilə 6-cı, Məlikov 11,26 saniyə göstərici ilə 7-ci olub. Nəticədə hər iki sprinter yarımfinala yüksələ bilməyib.

Əvəzində Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev yarımfinala yüksəlib. 27 yaşlı idmançı finişə 10,40 saniyəyə çatıb. O, Maldiv adalarından olan Səid Hassanla eyni nəticəni göstərib. Qalibi isə fotofiniş görüntüləri müəyyənləşdirib. Hassan 1-ci, Quliyev 2-ci yerin sahibi kimi mərhələ adlayıb.

Qeyd edək ki, yarımfinal mərhələsi günün ikinci yarısında olacaq. Ramil Quliyev saat 17:52-də start xəttinə çıxacaq. Quliyev 200 metr məsafəyə də qaçacaq.    

Son xəbərlər

Orphus sistemi