İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan yığması finala yüksəlib

İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan yığması finala yüksəlib Finalda rəqib Türkiyə - Qırğızıstan görüşünün qalibi olacaq
Fərdi
17 May , 2017 17:52
İslamiada: Qadın voleybolçulardan ibarət Azərbaycan yığması finala yüksəlib

Bakı. 17 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası finala yüksəlib. 

"Report"un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu komanda yarımfinalda Tacikistanı asanlıqla üstələyib - 3:0 (25:16, 25:10, 25:6).

Finalda rəqib Türkiyə - Qırğızıstan görüşünün qalibi olacaq. Həlledici qarşılaşma mayın 18-də saat 19:30-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi