İslamiada: Qadınlardan ibarət stolüstü tennis komandası gümüş medal qazanıb

İslamiada: Qadınlardan ibarət stolüstü tennis komandası gümüş medal qazanıb Finalda İran qalib gəlib
Fərdi
22 May , 2017 12:35
İslamiada: Qadınlardan ibarət stolüstü tennis komandası gümüş medal qazanıb

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadınlardan ibarət komanda gümüş medal qazanıb. "Report"un məlumatına görə, Xinqtay Çen, Jinq Ninq və Miao Vanqdan ibarət heyət finalda İrana uduzub - 1:3.

Jinq Ninq Neda Şahsavarini 3:0 hesabı ilə yensə də, Miao Vanq və Xinqtay Çen ayrı-ayrılıqda Mahşid Aştariyə 2:3, Xinqtay Çen / Miao Vanq dueti Maryam Samet / Neda Şahsavari cütlüyünə 1:3 hesabı ilə uduzub.

Beləliklə, Azərbaycan stolüstü tennisçiləri İslamiadanı 2 gümüş, 1 bürünc medalla başa vurublar. Jinq Ninq qadınların fərdi yarışında gümüş, kişilərdən ibarət komanda isə bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi