İslamiada: Futbol yarışında ilk 3 yeri tutanlar mükafatlandırılıblar

İslamiada: Futbol yarışında ilk 3 yeri tutanlar mükafatlandırılıblar Mükafatları Faysal Abduləziz Əl Nəssar, Çingiz Hüseynzadə və Rövnəq Abdullayev təqdim edib.
Fərdi
21 May , 2017 23:28
İslamiada: Futbol yarışında ilk 3 yeri tutanlar mükafatlandırılıblar

Bakı. 21 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışın qalib və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, mükafatları İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abduləziz Əl Nəssar, qurumun II vitse-prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AFFA prezidenti Rövnəq Abdullayev təqdim edib. Onlar Azərbaycan yığmasını qızıl, Omanı gümüş, Əlcəzairi bürünc medalla təltif ediblər.

Yarışın qalibi olan Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət milli komandasının şərəfinə dövlət himni səsləndirilib. Sonda xatirə fotosu çəkdirilib. 

Qeyd edək ki, final matçını Azərbaycanın Birinci vitse-prezidenti, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib. 

Son xəbərlər

Orphus sistemi