İslamiada: Futbol yarışında bürünc mükafatçı müəyyənləşib

İslamiada: Futbol yarışında bürünc mükafatçı müəyyənləşib Azərbaycana uduzan komanda üçüncü yeri tutub
Fərdi
21 May , 2017 15:55
İslamiada: Futbol yarışında bürünc mükafatçı müəyyənləşib

Bakı. 21 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının bürünc mükafatçısı müəyyənləşib. "Report"un məlumatına görə, bu, Əlcəzair yığmasıdır.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş 3-cü yer uğrunda görüşdə Əlcəzair Kamerunu məğlub edib - 2:0. Görüşü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.

Qeyd edək ki, eyni arenada saat 21:00-da başlanacaq final oyununda Azərbaycan və Omanın 23 yaşadək futbolçulardan ibarət yığmaları üz-üzə gələcək. Əlcəzair yarımfinalda Azərbaycana uduzmuşdu - 0:2. Kamerunla isə qrup mərhələsindəki görüş qolsuz yekunlaşmışdı - 0:0. 

Son xəbərlər

Orphus sistemi