Bakı. 8 may. REPORT.AZ/ Bakıda start götürən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışında ilk oyun keçirilib. "Report"un məlumatına görə, A qrupunda ilk tur matçında Səudiyyə Ərəbistanı ilə Mərakeş yığmaları üz-üzə gəlib.
"AZAL Arena"da keçirilən görüş Mərakeşin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, qrupda ilk turun digər görüşü Azərbaycan və Kamerun yığmaları arasında keçiriləcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da başlanacaq.