İslamiada: Basketbol 3x3 yarışı üzrə ikinci sessiya əlverişsiz hava şəraitinə görə təxirə salınıb

İslamiada: Basketbol 3x3 yarışı üzrə ikinci sessiya əlverişsiz hava şəraitinə görə təxirə salınıb Buna səbəb əlverişsiz hava şəraitidir
Fərdi
20 May , 2017 20:47
İslamiada: Basketbol 3x3 yarışı üzrə ikinci sessiya əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Bakı. 20 may. REPORT.AZ/ Bu gün keçirilməsi planlaşdırılan basketbol 3x3 yarışı üzrə ikinci sessiya əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

"Report" xəbər verir ki, təxirə salınmış idman sessiyası sabah – mayın 21-də baş tutacaq.

Qərar oyunçuların təhlükəsizliyini təmin etmək, zədə riskindən və güclü yağışın meydança üzərində yarada biləcəyi təsirlərdən qorunmaq üçün qəbul edilib. Növbəti ¼ final matçları mayın 21-də, saat 10:00-dan etibarən Basketbol Arenada keçiriləcək:

- ¼ final 3 Qadınlar: Türkiyə-Əlcəzair

- ¼ final 4 Qadınlar: Azərbaycan-İndoneziya

- ¼ final 3 Kişilər: Qətər-Səudiyyə Ərəbistanı

- ¼ final 4 Kişilər: Türkmənistan-Mali

Qeyd edək ki, dəyişiklik yarımfinal və final oyunlarının keçiriləcəyi vaxtlara heç bir şəkildə təsir etməyəcək və bu oyunlar əvvəlcədən nəzərdə tutulmuş saatlarda baş tutacaq.

Bu gün keçirilməsi təxirə salınmış basketbol 3x3 sessiyasına bileti olan tamaşaçılar eyni biletlə 21 mayda təxirə salınmış sessiyanı izləyə bilərlər. 

Son xəbərlər

Orphus sistemi