İslamiada: Bağlanış mərasimində Azərbaycanın komandasının bayraqdarı açıqlanıb

İslamiada: Bağlanış mərasimində Azərbaycanın komandasının bayraqdarı açıqlanıb Bu, dünya və Avropa çempionu Elxan Məmmədovdur
Fərdi
21 May , 2017 00:16
İslamiada: Bağlanış mərasimində Azərbaycanın komandasının bayraqdarı açıqlanıb

Bakı. 21 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. 

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, bu funksiyanı dünya və Avropa çempionu Elxan Məmmədov yerinə yetirəcək. Bağlanış mərasimi mayın 22-də olacaq. 

Qeyd edək ki, Elxan Məmmədov İslamiadada 100 kq çəki dərəcəsində qızıl medal qazanıb.  

Son xəbərlər

Orphus sistemi