İslamiada: Azərbaycanın qadın həndbol millisi qızıl medal qazanıb - YENİLƏNİB

İslamiada: Azərbaycanın qadın həndbol millisi qızıl medal qazanıb - YENİLƏNİB Finalda Türkiyə yığması məğlub edilib
Fərdi
14 May , 2017 19:30
İslamiada: Azərbaycanın qadın həndbol millisi qızıl  medal qazanıb - YENİLƏNİB

Bakı. 14 may. REPORT.AZ/ Bakı. 14 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışında final oyunu başa çatıb. 

"Report"un məlumatına görə, Azərbaycan yığması Türkiyə millisini 28:26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb. Qalib komandada ən çox - 8 qolu Alla Çernışkova vurub. 

Qeyd edək ki, bürünc medalı Özbəkistan üzərində 41:25 hesabı ilə qalib gələn Kamerun yığması qazanıb.

*** 18:40

"Bakı 2017" IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışda final oyununun ilk yarısı başa çatıb. 

"Report"un məlumatına görə, Azərbaycan millisi fasiləyə 14:11 hesablı üstünlüklə çıxıb. 

Son xəbərlər

Orphus sistemi