İslamiada: Azərbaycanın kişi stolüstü tennis komandası bürünc medal qazanıb

İslamiada: Azərbaycanın kişi stolüstü tennis komandası bürünc medal qazanıb 3-cü yer uğrunda görüşdə Səudiyyə Ərəbistanı məğlub edilib
Fərdi
21 May , 2017 22:06
İslamiada: Azərbaycanın kişi stolüstü tennis komandası bürünc medal qazanıb

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın stolüstü tennis üzrə kişilərdən ibarət komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, tərkibi Xinyu Yanq, Xinhanq Yu və Miao Vanqdan ibarət heyət 3-cü yer uğrunda görüşdə Səudiyyə Ərəbistanına qalib gəlib - 3:1. Komanda üzvlərindən Yanq Əli əl-Xadravini, Yu Abdulaziz Alabbadı 3:1 hesabı ilə yendikdən sonra Vanq - Yu dueti Abdulaziz Bu Şulaybiyə uduzub - 2:3. Bu səbəbdən, görüşün taleyni daha bir fərdi görüş həll edib. Yanq Şulaybi Bunu 3:0 hesabı ilə məğlub edərək, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, Azərbaycanın qadın tennisçilərdən ibarət komandası finala yüksəlib. Mayın 22-də keçiriləcək həlledici görüşdə rəqib İran olacaq.    

Son xəbərlər

Orphus sistemi