İslamiada: Azərbaycan yunan-Roma güləşçiləri bir günə 4 medal qazanıblar - YENİLƏNİB-4

İslamiada: Azərbaycan yunan-Roma güləşçiləri bir günə 4 medal qazanıblar - YENİLƏNİB-4 Orxan Nuriyev qızıl medala sahib olub
Fərdi
17 May , 2017 20:03
İslamiada: Azərbaycan yunan-Roma güləşçiləri bir günə 4 medal qazanıblar - YENİLƏNİB-4

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Orxan Nuriyev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 98 kq çəki dərəcəsində yer alan Nuriyev finalda qırğızıstanlı Uzur Cuzurbekovu yenib - 5:0.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri günü 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar. 

*** 19:28

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rafiq Hüseynov gümüş medal qazanıb. 

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsindəki pəhləvan finalda iranlı Yusef Qaderiana uduzub. O, görüşün gedişində hesabda öndə olsa da, Qaderian sonuncu xalı qazandığı üçün qızıl medala yiyələnib.

*** 18:44

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 71 kq çəki dərəcəsində yer alan Çunayev son təsəlliverici görüşdə türkiyəli İlker Sönmezi 4:1 hesabı ilə yenib. 

*** 18:24

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, 59 kq çəkidə çıxış edən Məmmədov son təsəlliverici görüşdə iordaniyalı Mostafa Sultan Rayek əl-Qadeni məğlub edib - 8:0. 

*** 12:11

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşçiləri 4 çəki dərəcəsi üzrə çıxış edirlər. 

Azərbaycan təmsilçilərindən Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) finala yüksəlib. Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) yarımfinalda uduzub. Onlar bürünc medal uğrunda görüşə çıxacaqlar. 

Yunan-Roma güləşi

59 kq

Bürünc medal görüşü: Murad Məmmədov - Mostafa Sultan Rayek əl-Qade (İordaniya) - 8:0

1/2 final. Murad Məmmədov - Kanıbek Jolçubekov (Qırğızıstan) - 3:5

1/4 final. Murad Məmmədov - Mohammad Nurbaxş (İran) - 10:4

71 kq

Bürünc medal görüşü: Rəsul Çunayev - İlker Sönmez (Türkiyə) - 4:1

1/2 final. Rəsul Çunayev - Məhəmmədəli Gərayi (İran) - 5:6

1/4 final. Rəsul Çunayev - Akrem Bucemlin (Əlcəzair) - 8:0 (vaxtından əvvəl qələbə)

80 kq

FİNAL. Rafiq Hüseynov - Yusef Qaderian (İran) - 1:1

1/2 final. Rafiq Hüseynov - Başir Sid Azara (Əlcəzair) - 10:1

1/4 final. Rafiq Hüseynov - Atabek Azisbekov (Qırğızıstan) - 5:1

98 kq

FİNAL. Orxan Nuriyev - Uzur Cuzurbekov (Qırğızıstan)

1/2 final. Orxan Nuriyev - Rustam Assakalov (Özbəkistan) - 5:0

1/4 final. Orxan Nuriyev - Tayab Raza (Pakistan) - 9:0

Heydər Əliyev adına Arena

Son xəbərlər

Orphus sistemi