İslamiada: Azərbaycanın daha 13 medalı - İCMAL

İslamiada: Azərbaycanın daha 13 medalı - İCMAL Yenə Türkiyə həm medal sayı, həm də əyarında liderdir
Fərdi
16 May , 2017 22:13
İslamiada: Azərbaycanın daha 13 medalı - İCMAL

Bakı. 16 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 9 idman növü üzrə mübarizə gedib.

"Report"un məlumatına görə, atletika /para-atletika və taekvondo, eləcə də tennis üzrə fərdi yarışlara start verilib. Qadın voleybolçuların mübarizəsində qrup mərhələsinin son oyunu keçirilib. Boksda son yarımfinalçılar müəyyənləşib. Atıcılıq, üzgüçülük, taekvondo və ağırlıqqaldırma növlərində isə yeni medal dəstləri sahiblərini tapıb.

Günün yekunlarına əsasən, Azərbaycan idmançıları 13 medal qazanıblar.

Üzgüçü Maksim Şemberev 200 m batterflyay (delfin) və 800 m sərbəst üsulla üzmədə 2 qızıl, Samir Nəbiyev və Oloxan Musayev para-aatletikanın nüvəitələmə, Yelena Çebanu para-atletikanın 100 m məsafəyə qaçış, Ruslan Lunyov pnevmatik tapançadan 10 m məsafəyə atəş açma, Anna Skidan atletikanın çəkicatma, Yaprak Eriş taekvondoda (57 kq) qızıl medal qazanıb.

Daha bir taekvondoçu Qaşım Maqomedov (54 kq) yeganə gümüş medalın sahibi olub.

Bürünc medallara isə güllə atıcısı Nigar Nəsirova pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada, atlet Yekaterina Sarıyeva üç təkanla uzununa tullanmada, ağırlıqqaldıran Rövşən Fətullayev 94 kq çəki dərəcəsində, tərkibi Alsu Bayramova, Yuliya Stısyuk, İlahə Raciyeva, Fatimə Əlkərimovadan ibarət üzgüçülük komandası sərbəst üsulla 4x100 m məsafəyə estafetdə yiyələnib.

Beləliklə, Azərbaycan komandası aktivindəki medalların sayını 81-ə çatdırıb. Bunlardan 41-i qızıl, 24-ü gümüş, 16-sı bürüncdür. Bu göstəricidə Azərbaycan 115 medala (43 qızıl, 40 gümüş, 32 bürünc) malik Türkiyədən sonra ikinci pillədə qərarlaşıb.

Eyni zamanda Azərbaycanın 7 boksçusu yarımfinala yüksəlib ki, bu da daha 7 medal deməkdir.  


16 may

Atletika

Kişilər

100 metr: Təsnifat mərhələsində Kamran Əsgərov 11,04 saniyə nəticə ilə 6-cı, Ramiz Məlikov 11,26 saniyə göstərici ilə 7-ci olub. Nəticədə hər iki sprinter yarımfinala yüksələ bilməyib.

400 metr: Təsnifat mərhələsində Yevgeni Kasilov finişə 48,48 saniyəyə, Arif Abbasov 48,83 saniyəyə çataraq, 4-5-ci yerləri tutublar. Nəticədə onlar finala yüksələ bilməyiblər.

Lövhə atma: Final. İsmayıl Əliyev 45,90 metr nəticə ilə 8-ci yer

Nüvə itələmə (para-atletika): Final. F56: Oloxan Musayev 11,86 metr nəticə ilə qızıl, F57: Samir Nəbiyev - 13,95 metr nəticə ilə qızıl

5000 metr: Final: Hayle İbrahimov 13 dəqiqə 29,76 saniyə nəticə ilə 4-cü yer

Qadınlar

100 metr: Təsnifat mərhələsində Zəkiyyə Həsənova finişə 11,78 saniyəyə 2-ci, Yelena Pextiryova 12,13 saniyəyə 5-ci çatıb. Hər iki atlet yarımfinala yüksəlib. Növbəti mərhələdə Həsənova 11,76 saniyə nəticə ilə 3-cü olub və finala çıxıb. 11,97 saniyə nəticə göstərən Pextiryova isə 11-ci olub və mübarizəni dayandırıb.

800 metr: Təsnifat mərhələsində Anastasiya Komarova 2 dəqiqə 6,91 saniyə nəticə ilə 3-cü yeri tutub və finala yüksələ bilməyib.

400 metr məsafəyə sədlərlə qaçış: Təsnifat mərhələsində Lidiya Salixova 1 dəqiqə 10,27 saniyə nəticə ilə 5-ci yeri tutub və finala yüksələ bilməyib.

Çəkic atma: Final. Hanna Skidan 75,29 metr göstərici ilə qızıl medal

Üç təkanla tullanma: Final. Yekaterina Sarıyeva 12,81 metr nəticə ilə bürünc medal

100 metr (para-atletika): T12: Yelena Çebanu təsnifat mərhələsində 12,20 metr nəticə ilə 1-ci, İradə Əliyeva 15,82 metr göstərici ilə 4-cü yeri tutub. Hər iki para-atlet finala yüksəlib. Həlledici mərhələdə Çebanu 12,09 saniyə nəticə ilə qızıl medal qazanıb. Əliyeva isə 15,84 saniyə göstərici ilə 4-cü olub.

Bakı Olimpiya Stadionu

Boks

1/4 final

52 kq. Məsud Yusifzadə - Abrorjon Kodirov (Özbəkistan) - 1:4

64 kq. Elvin İsayev - Aliyor Noraliyev (Özbəkistan) - 2:3

75 kq. Kamran Şahsuvarlı - İhsan Erdoğan (Türkiyə) - 5:0

81 kq. Rauf Rəhimov - Aveys Ali Xan (Pakistan) - 5:0

Bakı Kristal Zalı-2

Atıcılıq

Kişilər

50m 3 vəziyyətdə tüfəng ilə atəş: Əli Məcidli start xəttinə çıxmayıb.

10m pnevmatik tapancası ilə atəş: Təsnifat mərhələsində Ruslan Lunyov 574 xalla 4-cü, Rəsul Məmmədov 570 xalla 13-cü, Tahir Əhmədzadə 557 xalla 24-cü yeri tutub. Lunyov finala yüksəlib. Həlledici mərhələdə o, 240,7 xalla qızıl medal qazanıb.

Dairəvi stend: Təsnifat mərhələsində Niyaz Ağazadə və Emin Cəfərov 112 xalla 10-cu və 12-ci, Fuad Qurbanov 108 xalla 15-ci yeri tutub. Onların heç biri finala yüksələ bilməyib.

Qadınlar

10m pnevmatik tapanca ilə atəş: Təsnifat mərhələsində Nigar Nəsirova 377 xalla 4-cü, Zərifə Qasımova 372 xalla 8-ci, Nəzrin Abbaslı 344 xalla 18-ci yeri tutub. Nəsirova finalda 211,5 xalla bürünc medal qazanıb. Qasımova 171 xalla 5-ci yeri tutub. Abbaslı isə finala yüksələ bilməyib.

Bakı Atıcılıq Mərkəzi

Üzgüçülük

Kişilər

100 metr sərbəst: Təsnifat mərhələsində Dorian Fazekas 53,89 saniyə nəticə ilə 5-ci, Nikolay Trarov 55,45 saniyə göstərici ilə 6-cı olub. Hər iki üzgüçü yarımfinala yüksəlib. Növbəti mərhələdə Fazekas 53,83 saniyə nəticə ilə 6-cı, Trarov 55,27 saniyə göstərici ilə 8-ci yeri tutub. Onların heç biri finala çıxa bilməyib.

200 metr batterflyay (delfin): Təsnifat mərhələsində Maksim Şemberev finişə 2 dəqiqə 0,58 saniyəyə birinci çatıb və finala yüksəlib. Həlledici mərhələdə o, 1 dəqiqə 57,72 saniyə nəticə ilə qızıl medal qazanıb.

50 metr arxa üstə: Boris Kirillov finişə 27,31 saniyəyə 3-cü çataraq, finala yüksəlib. Həlledici mərhələdə o, 26,55 saniyə nəticə ilə 6-cı yeri tutub.

800 metr sərbəst: Maksim Şemberev 7 dəqiqə 54,34 saniyə nəticə ilə qızıl medal qazanıb.

Qadınlar

200 metr sərbəst: Təsnifat mərhələsində Fatimə Alkərəmova 2 dəqiqə 9,40 saniyə nəticə ilə 4-cü yeri tutub və finala yüksəlib. Həlledici mərhələsə 2 dəqiqə 10,22 saniyə nəticə ilə 7-ci olub.

100 metr batterflyay (delfin): Təsnifat mərhələsində Alsu Bayramova 1 dəqiqə 3,27 saniyə, İlahə Rəciyeva isə 1 dəqiqə 3,53 saniyə nəticə ilə 3-cü və 4-cü yerləri tutaraq, finala yüksəliblər.

4 x 100 metr sərbəst estafet: Final: Azərbaycan komandası 4 dəqiqə 8,37 saniyə nəticə ilə bürünc medal qazanıb.

Bakı Su İdmanı Mərkəzi

Taekvondo

Kişilər

54 kq

Final. Qaşım Maqomedov - Mahdi Eşaqi (İran) - 21:21, əlavə vaxt - 0:3

Yarımfinal. Qaşım Maqomedov - Dəniz Dağdelen (Türkiyə) - vaxtından əvvəl qələbə

1/4 final. Qaşım Maqomedov - Şukrob Bobobekov (Özbəkistan) 22:22, əlavə vaxt - 3:0

1/8 final. Qaşim Maqomedov - Umar İqbal (Pakistan) - 26:6

58 kq

1/8 final. Fizam Mehtiyev - Niyaz Pulatov (Özbəkistan) - 7:11

Qadınlar

57 kq

Final: Erik Yaprak - Dürdanə Altunel (Türkiyə) - 5:4

Yarımfinal. Eris Yaprak - Tayabeh Parsa (İran) - 14:12

1/4 final. Eris Yaprak - Farsin Hamdani (Pakistan) - 29:3

Bakı İdman Sarayı


Tennis

Kişilər (Fərdi)

1/16 final

Rəsul Qocayev - Fahad əl-Səəd (Səudiyyə Ərəbistanı) - 1:6, 1:6

Filip Nikoliç - Georgi Poçay (Türkmənistan) - 4:6, 6:2, 6:7

Bakı Tennis Akademiyası

Voleybol

Kişilər

B qrupu

10:00. İran - Mərakeş - 3:0 (25:15, 25:13, 25:11)

Xal durumu: İran - 9 xal (3 oyuna), Əlcəzair - 6 (2), Qətər - 3 (3), Səudiyyə Ərəbistanı - 0 (2), Mərakeş - 0 (2).

A qrupu

19:00. Fələstin - Azərbaycan - 0:3 (14:25, 16: 25, 12:25)

Xal durumu: Azərbaycan - 8 (3), Türkiyə - 6 xal (3 oyuna), Türkmənistan - 3 (2), Pakistan - 1 (2), Fələstin - 0 (2).

Qadınlar

21:30. Qırğızıstan - Tacikistan - 3:1 (25:23, 20:25, 25:16, 25:6)

Xal durumu: Azərbaycan - 9 xal (3 oyuna), Türkiyə - 6 (3), Qırğızıstan - 3 (3), Tacikistan - 0 (3)

Bakı Kristal Zalı-1

Su polosu

16:30. İndoneziya - İran - 7:15 (3:5, 1:2, 1:3, 2:5)

18:00. Türkiyə - Səudiyyə Ərəbistanı - 16:5 (4:0, 4:2, 3:2, 5:1)

Xal durumu: Türkiyə - 9, İran - 9, Səudiyyə Ərəbistanı - 3, Azərbaycan - 3, İndoneziya - 0.

Su Polosu Arenası

Ağırlıqqaldırma

Kişilər

77 kq: Əfqan Bayramov birdən 132 kq, təkanla 165 kq, iki hərəkətin cəmində 297 kq nəticə ilə 9-cu yeri tutub.

85 kq: Ceyhun Tağızadə birdən 148 kq, təkanla 176 kq, iki hərəkətin cəmində 324 kq nəticə ilə 5-ci yeri tutub. Kamran İsmayılov birdən 142 kq, təkanla 170 kq, iki hərəkətin cəmində 312 kq nəticə ilə 7-ci olub.

94 kq: Rövşən Fətullayev birdən 165 kq, təkanla 211 kq, iki hərəkətin cəmində 376 kq nəticə ilə bürünc medal qazanıb. Nailxan Nəbiyev birdən 162 kq, təkanla 198 kq, iki hərəkətin cəmində 360 kq nəticə ilə 7-ci yeri tutub.

Ağır Atletika Arenası

Son xəbərlər

Orphus sistemi