İslamiada: Azərbaycan taekvondoçuları daha 5 medal qazanıblar - YENİLƏNİB-6

İslamiada: Azərbaycan taekvondoçuları daha 5 medal qazanıblar - YENİLƏNİB-6 Sonuncu medalı olimpiya çempionu əldə edib
Fərdi
17 May , 2017 22:13
İslamiada: Azərbaycan taekvondoçuları daha 5 medal qazanıblar - YENİLƏNİB-6

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Radik İsayev qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə özbəkistanlı Dmitri Şokini məğlub edib. Görüşün əsas vaxtında hesab bərabər olub - 8:8. Qızıl raunda isə R.İsayev ilk dəqiq zərbəni endirib.

Beləliklə, Azərbaycan taekvondoçuları günü 4 qızıl, 1 gümüş medalla başa vurublar.

Qeyd edək ki, Radik İsayev 2016-cı Rio-de-Janeyra Yay Olimpiya Oyunlarının, eləcə də I Avropa Oyunlarının qalibi, dünya və Avropa çempionudur.

*** 21:26

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Radik İsayev finala yüksəlib. 

"Report"un məlumatına görə, 87 kq-dan yuxarı çəkidə çıxış edən İsayev yarımfinalda döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Səbəb onun yarımfinaldakı rəqibi, iordaniyalı Həmzə Kattanın zədə üzündən görüşə çıxmaması olub.

Finalda azərbaycanlı olimpiya çempionunun rəqibi 2015-ci il dünya çempionatının qalibi, özbəkistanlı Dmitri Şokin olacaq. 

*** 20:47

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Fəridə Əzizova gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə türkiyəli Nur Tatara uduzub - 2:8. Əzizova yarımfinalda özbəkistanlı Nigora Tursunkulovanı üstələmişdi - 3:0. 

Azərbaycanın digər taekvondoçusu - 80 kq çəkidə mübarizə aparan Milad Beigi Hərçəqani isə qızıl medala sahib olub. O, yarımfinalda iranlı Əlireza Dərvişpuru 24:4 hesabı ilə yendikdən sonra həlledici görüşdə türkiyəli Yunus Sarını da məğlub edib - 9:5. 

*** 19:19

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Ayxan Tağızadə qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan Tağızadə finalda iranlı Seyidhüseyn Ehsanipetrudini üstələyib - 9:8. 

Qeyd edək ki, bu, Azərbaycanın İslamiadada taekvondo növündə Yaprak Eriş (57 kq) və Patimat Abakarovadan (49 kq) sonra üçüncü qızıl medalıdır. 

*** 19:04

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 49 kq çəki dərəcəsində çıxış edən Abakarova finalda qazaxıstanlı Ainur Yesbergenovanı yenib - 14:4. 

Qeyd edək ki, bu, Azərbaycanın İslamiadada taekvondo növündə ikinci qızıl medalı olub. İlk qalib adını ötən gün qadınların mübarizəsində 57 kq çəki dərəcəsində çıxış edən Yaprak Eriş əldə edib. 

*** 18:40

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Ayxan Tağızadə finala yüksəlib.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən Tağızadə yarımfinalda Səudiyyə Ərəbistanından olan Saud Almuvalladı üstələyib - 18:9. Onun finaldakı rəqibi iranlı Seyidhüseyn Ehsanipetrudi olacaq. 

*** 18:16

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova finala yüksəlib. 

"Report"un məlumatına görə, 49 kq çəki dərəcəsində çıxış edən Abakarova yarımfinalda iranlı Südabə Pursadiqi Şalmeiyə qalib gəlib - 10:1. 

Son xəbərlər

Orphus sistemi