İslamiada: Azərbaycanın stolüstü tennisçiləri 2 medal qazanıblar - YENİLƏNİB-2

İslamiada: Azərbaycanın stolüstü tennisçiləri 2 medal qazanıblar - YENİLƏNİB-2 Jinq Ninq finalda uduzub
Fərdi
19 May , 2017 17:34
İslamiada: Azərbaycanın stolüstü tennisçiləri 2 medal qazanıblar - YENİLƏNİB-2

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən stolüstü tennisçilərdən 2-si medal qazanıbar. 

"Report"un məlumatına görə, hər 2 medal qadınların fərdi mübarizəsində əldə olunub. 

Bürünc medal qazanan Miao Vanqın ardından Jinq Ninq final görüşünə çıxıb. O, türkiyəli Melek Hu ilə qarşılaşmada bütün hissələrdə uduzub - 11:13, 4:11, 10:12, 4:11. Beləliklə, Ninq gümüş medalçı olub.

Qeyd edək ki, Azərbaycan stolüstü tennisçiləri mayın 20-dən komanda yarışlarında mübarizəyə başlayacaqlar.  

*** 16:45

Azərbaycanın stolüstü tennis yığması "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. 

"Report"un məlumatına görə, qadınların fərdi mübarizəsində Miao Vanq bürünc medala sahib olub. 

O, 3-cü yer uğrunda görüşdə iranlı Neda Şahsavariyə qalib gəlib - 4:1 (13:11, 11:3, 8:11, 11:7, 19:17).

Qeyd edək ki, saat 17:00-da Azərbaycanın daha bir qadın stolüstü tennisçisi Jinq Ninq final görüşünə çıxacaq. O, türkiyəli Melek Hu ilə qarşılaşacaq.  

*** 12:54

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinal görüşlərinə çıxıblar.

"Report"un məlumatına görə, Jinq Ninq iranlı Neda Şahsavari ilə üz-üzə gəlib. 22 dəqiqəlik qarşılaşmanın sonunda Ninq 4:1 hesabı ilə qalib gələrək, finala yüksəlib. O, 5 geymlik mübarizənin yalnız 3-cüsündə uduzub - 11:5, 12:10, 9:11, 11:4, 11:3.

Azərbaycan təmsilçisinin finaldakı rəqibi türkiyəli Melek Hu olacaq. Hu yarımfinalda Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanqı yenib - 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12).

Bu gün saat 16:00-da Vanq Şahsavari ilə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək. Saat 17:00-da isə Ninq Hu ilə finalda qarşılaşacaq.

Qeyd edək ki, bu, Azərbaycanın nüfuzlu yarışlarda ilk böyük nailiyyətidir.  

Son xəbərlər

Orphus sistemi