İslamiada: Azərbaycan stolüstü tennis növündə ilk medalı təmin edib

İslamiada: Azərbaycan stolüstü tennis növündə ilk medalı təmin edib Hər iki qadın təmsilçi yarımfinala yüksəlib
Fərdi
18 May , 2017 13:56
İslamiada: Azərbaycan stolüstü tennis növündə ilk medalı təmin edib

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinala yüksəliblər. 

"Report"un məlumatına görə, Miao Vanq 1/4 finalda iranlı Maryam Samatı üstələyib - 4:0.

Jinq Ninq isə eyni hesabla fələstinli Diana Assini yenib.

Yarımfinalda Vanq Türkiyəni təmsil edən Melek Hu ilə, Ninq isə iranlı Neda Şahsuvari ilə qarşılaşacaq. Görüşlər mayın 19-da olacaq.

Nəticədən asılı olmayaraq, Azərbaycanın ən azı bir stolüstü tennisçisi medalı təmin edib.

Qeyd edək ki, kişilərin mübarizəsində də Azərbaycan təmsilçisi Xinhanq Yu 1/4 final görüşünə çıxacaq. Rəqib iranlı Nima Deronkolayi Alamiyan olacaq. 

Son xəbərlər

Orphus sistemi