İslamiada: Azərbaycan qadın atletləri 1 qızıl, 1 bürünc medal qazanıblar

İslamiada: Azərbaycan qadın atletləri 1 qızıl, 1 bürünc medal qazanıblar Hanna Skidan çəkicatma növündə birinci olub
Fərdi
16 May , 2017 18:46
İslamiada: Azərbaycan qadın atletləri 1 qızıl, 1 bürünc medal qazanıblar

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın atletlərdən 2-si medal qazanıb. 

"Report"un məlumatına görə, Hanna Skidan çəkicatma növündə 75,29 metr nəticə ilə qızıl medala sahib olub. Türkiyəli Kıvılcım Kaya Salman 65,41 metr göstərici ilə gümüş, mərakeşli Sukaina Zakkur 63,10 metr nəticə ilə bürünc medala sahib çıxıb. 

Yekaterina Sarıyeva isə üç təkanla 12,81 metr uzununa tullanaraq bürünc medala yiyələnib. Qızıl medalı 13,05 metr nəticə ilə seneqallı Sanqon Kandji, gümüş medalı isə 12,84 metr göstərici ilə kamerunlu Joel Mbumi Nkuincin qazanıb.   

Son xəbərlər

Orphus sistemi