İslamiada: Azərbaycan para-atleti qızıl medal qazanıb

İslamiada: Azərbaycan para-atleti qızıl medal qazanıb 36 yaşlı idmançı bu dəfə 200 metr məsafəyə qaçışda fərqlənib
Fərdi
19 May , 2017 19:01
İslamiada: Azərbaycan para-atleti qızıl medal qazanıb

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Yelena Çebanu daha bir qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 36 yaşlı idmançı bu dəfə 200 metr məsafəyə qaçışda fərqlənib.

O, finişə 24,69 saniyəyə çatıb. Gümüş medalı indoneziyalı Endanq Sitorus 26,73 saniyə, bürünc medalı isə mərakeşli Meryem En-Nuri 31,29 saniyə nəticə ilə əldə edib.

Qeyd edək ki, Yelena Çebanu mayın 16-da 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi