İslamiada: Azərbaycan daha 20 medalla liderliyini möhkəmlədib - İCMAL - CƏDVƏL

İslamiada: Azərbaycan daha 20 medalla liderliyini möhkəmlədib - İCMAL - CƏDVƏL Medallardan 9-u qızıldır
Fərdi
21 May , 2017 22:53
İslamiada: Azərbaycan daha 20 medalla liderliyini möhkəmlədib - İCMAL - CƏDVƏL

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan idmançıları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 20 medal qazanıblar. "Report"un məlumatına görə, medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürünc olub.

Qızıl medallara qadın güləşçiləri Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq), kişi və qadınlardan ibarət basketbol 3X3 komandası, zorxananın səngi yarışında Rüfət Güləliyev, 3 metrlik tramplindən suya tullanmada Olqa Bıkovskaya və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yiyələnib.

Gümüş medallara qadın güləşçilərdən Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq), zorxananın çərxi-çəməni növündə Orxan Xanlarov və milbazidə Xəyyam Orucov, kişilərdən ibarət voleybol yığması və kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suya tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti sahib çıxıb.

Bürünc medalları isə zorxananın kəbbadə yarışında Məmmədi Salamov, mil səngində Xəyyam Orucov və çərxi-tizdə Orxan Xanlarov, həmçinin stolüstü tennis üzrə kişilərdən ibarət komanda əldə edib.

Beləliklə, Azərbaycanın aktivindəki medalların sayı 153-ə çatıb. Medallardan 75-i qızıl, 46-sı gümüş, 33-ü bürüncdür. Türkiyənin 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medalı var. Son yarış günü ərəfəsində Azərbaycan medal əyarında böyük üstünlüklə liderliyini davam etdirir.


1 Azərbaycan 75 46 33 154
2 Türkiyə 68 63 54 185
3 İran 31 26 33 90
4 Özbəkistan 15 17 30 62
5 Bəhreyn 12 5 4 21
6 Əlcəzair 7 12 21 40
7 Mərakeş 7 5 15 27
8 İndoneziya 6 29 21 56
9 Misir 6 4 7 17
10 Qırğızıstan 4 4 8 16
11 Səudiyyə Ərəbistanı 4 1 6 11
12 İordaniya 3 1 11 15
13 İraq 2 7 5 14
14 Qazaxıstan 2 5 12 19
15 Türkmənistan 2 4 6 12
16 Qətər 2 3 6 11
17 Nigeriya 2 3 1 6
18 Suriya Ərəb Respublikası 2 2 6 10
19 Tunis 1 2 8 11
20 Kamerun 1 2 6 9
21 Banqladeş 1 1 1 3
21 Seneqal 1 1 1 3
23 Qambiya 1 1 0 2
24 Benin 1 0 1 2
24 Qvineya-Bisau 1 0 1 2
24 Mozambik 1 0 1 2
27 Pakistan 0 3 6 9
28 Oman 0 3 4 7
29 Birləşmiş Ərəb Əmirliyi 0 1 3 4
30 Qayana 0 1 2 3
30 Surinam 0 1 2 3
32 Cibuti 0 1 1 2
33 Mali 0 1 0 1
33 Uqanda 0 1 0 1
35 Əfqanıstan 0 0 5 5
36 Fil Dişi Sahili 0 0 4 4
36 Tacikistan 0 0 4 4
38 Malayziya 0 0 2 2
39 Livan 0 0 1 1
40 Albaniya 0 0 0 0
40 Bruney Darüssəlam 0 0 0 0
40 Burkina-Faso 0 0 0 0
40 Çad 0 0 0 0
40 Qəmər adaları 0 0 0 0
40 Qabon 0 0 0 0
40 Qvineya 0 0 0 0
40 Maldiv adaları 0 0 0 0
40 Mavritaniya 0 0 0 0
40 Niger 0 0 0 0
40 Fələstin 0 0 0 0
40 Syerra-Leone 0 0 0 0
40 Somali 0 0 0 0
40 Toqo 0 0 0 0
40 Yəmən 0 0 0 0

Son xəbərlər

Orphus sistemi