Azərbaycan cüdoçuları İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vurub - YENİLƏNİB-2

Azərbaycan cüdoçuları İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vurub - YENİLƏNİB-2 Bu nəticə ilə cüdo yığması İslamiadanın qalibi olub
Fərdi
14 May , 2017 20:00
Azərbaycan cüdoçuları İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vurub - YENİLƏNİB-2
Report.az

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın cüdoçu İrina Kindzerska gümüş medal qazanıb. "Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerska finalda türkiyəli Kayra Sayitə 2 dəqiqə 27 saniyəyə ipponla uduzub. 

Beləliklə, Azərbaycan cüdo millisi İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vuraraq, komanda hesabında 1-ci olublar.

*** 19:37

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən cüdoçu Elxan Məmmədov qızıl medal qazanıb. "Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Məmmədov finalda öz həmyerlisi Elmar Qasımovu xəbərdarlıq xalları sayəsində yenib. 

Bu, Azərbaycan cüdoçularının İslamiadada 6-cı qızıl medalı olub.

*** 18:54

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən cüdoçu Məmmədəli Mehdiyev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev finalda əlcəzairli Abderrahman Benamadini 2 dəqiqə 46 saniyəyə ipponla yenib. 

Bu, Azərbaycan cüdoçularının İslamiadada 5-ci, ümumilikdə 13-cü qızıl medalı olub.

Son xəbərlər

Orphus sistemi