İslamiada: Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov yarışa qələbə ilə başlayıb

İslamiada: Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov yarışa qələbə ilə başlayıb İkiqat dünya çempionu 1/4 finala yüksəlib
Fərdi
12 May , 2017 14:53
İslamiada: Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov yarışa qələbə ilə başlayıb

Bakı. 12 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 91 kq-dan yuxarı çəkidə yer alan ikiqat dünya çempionunun təsnifat mərhələsindəki rəqibi qazaxıstanlı Nurlan Saparbay olub. Görüş Məcidovun üstünlüyü şəraitində keçib. O, ikinci raundda rəqibini noqdauna salmağı bacarıb. Üçüncü raund da yekunlaşdıqdan sonra hakimlərin yekdil rəyinə əsasən, 31 yaşlı idmançı qalib elan olunub. 

Qeyd edək ki, 1/4 finala vəsiqə qazanan Məhəmmədrəsul Məcidovun rəqibi misirli Uosri Hafez olacaq. Döyüş mayın 15-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi