İslamiada: Azərbaycan atleti gümüş medal qazanıb

İslamiada: Azərbaycan atleti gümüş medal qazanıb Rahib Məmmədov 110 metr məsafəyə sədlərlə qaçış növündə fərqlənib
Fərdi
17 May , 2017 17:32
İslamiada: Azərbaycan atleti gümüş medal qazanıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında atletika növündə təmsil edən Rahib Məmmədov gümüş medal qazanıb. 

"Report"un məlumatına görə, R.Məmmədov 110 metr məsafəyə sədlərlə qaçış növündə fərqlənib. 

O finişə 14,18 saniyəyə çatıb. Qızıl medalı 13,68 saniyə nəticə ilə Səudiyyə Ərəbistanından olan Ahmed əl-Muvallad, bürünc medalı isə 14,20 saniyə göstərici ilə iraqlı Mohammed Sad əl-Xfaji əldə edib. 

Son xəbərlər

Orphus sistemi