İslamiada: Azərbaycan atıcıları daha bir medal əldə ediblər

İslamiada: Azərbaycan atıcıları daha bir medal əldə ediblər Emin Cəfərov – Nurlana Cəfərova dueti həlledici mərhələdə 24 xalla 2-ci olublar
Fərdi
17 May , 2017 15:25
İslamiada: Azərbaycan atıcıları daha bir medal əldə ediblər

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcıları daha bir medal qazanıblar.

"Report"un məlumatına görə, qarışıq komanda halında dairəvi stend üzrə atəş açma yarışında Emin Cəfərov – Nurlana Cəfərova dueti gümüş medal qazanıblar. Onlar həlledici mərhələdə 24 xalla 2-ci olublar.

Yarışın qalibi isə 27 xalla Həsən Məhəmməd – Məryəm Hassani (Bəhreyn) cütlüyü olub.

Son xəbərlər

Orphus sistemi