Hacı Əliyev: "Ola bilsin, gələn il 65 kq-da güləşim" - FOTO

Hacı Əliyev: "Ola bilsin, gələn il 65 kq-da güləşim" - FOTO Sərbəst güləşçinin sözlərinə görə, bu, FILA-nın verəcəyi qərardan asılıdır
Fərdi
20 May , 2017 19:58
Hacı Əliyev: Ola bilsin, gələn il 65 kq-da güləşim - FOTO
Report.az

Bakı. 20 may. REPORT.AZ/ "Bu il 61 kq-da yarışıram. Amma ola bilsin, gələn il çəkimi dəyişim və 65 kq-da güləşim.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Hacı Əliyev deyib.

H.Əliyevin sözlərinə görə, bu, UWW-nın (Dünya Güləş Birliyi) verəcəyi qərardan asılıdır:

"Ola bilsin ki, çəkidən sonra yarışma olsun. UWW-nın verdiyi qərardan sonra bəlkə çəkini dəyişdik. Ola bilər 60 kq-da olimpiyadaya qatım".

Son xəbərlər

Orphus sistemi