"Futbol kralı" Peleyə Olimpiya Oyunları-2016-nın məşəlini yandırmaq təklif olunub

"Futbol kralı" Peleyə Olimpiya Oyunları-2016-nın məşəlini yandırmaq təklif olunub Məşəli yandırmağı ondan şəxsən İOC prezidenti Tomas Bax və OO-2016-nın təşkilat komitəsinin rəhbəri Karlos Artur Nuzman xahiş edib
Fərdi
3 Avqust , 2016 11:12
Futbol kralı Peleyə Olimpiya Oyunları-2016-nın məşəlini yandırmaq təklif olunub

Bakı. 3 avqust. REPORT.AZ/ Braziliya milli komandasının heyətində üç dəfə dünya çempionu olmuş əfsanəvi futbolçusu, "Futbol kralı" ləqəbli Pele Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimində Olimpiya məşəlini yandırmaq təklifi alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rio-2016-nın açılış mərasimi avqustun 5-də "Marakana" stadionunda - 1969-cu ildə Pelenin karyerasındakı 1000-ci qolunu vurduğu arenada keçiriləcək.

Əfsanəvi futbolçu bildirib ki, məşəli yandırmağı ondan şəxsən İOC prezidenti Tomas Bax və OO-2016-nın təşkilat komitəsinin rəhbəri Karlos Artur Nuzman xahiş edib, amma sponsorluq müqavilələri üzrə öhdəliklər ona mane ola bilər.

"Mənim yerinə yetirməli olduğum müqavilə şərtləri var.

Amma bir braziliyalı kimi, əlbəttə, bunu etməyi istərdim. Bu məsələyə dəqiq cavabım cümə axşamı olacaq", - deyə 75 yaşlı Pele bildirib.

Rio-2016 Oyunları avqustun 5-dən 21-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi