Bakı. 23 may. REPORT.AZ/ "Biz deyirik İslamiadada 162 medal qazanmışıq. Amma, məncə, medal sayı 250-dir".
"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, komanda növlərində qazanılmış medalları hesbladıqdan sonra dəqiq sayı açıqlayacaqlar: "Biz bunu hələ tam hesablamamışıq. Bizim futbol, basketbol, voleybol komandamız da medal qazandı. Bunu nəzərə alsaq, görün, nə qədər medal qazanan var!"