Çingiz Hüseynzadə: "Futbolçularımızın çətinliyin öhdəsindən gələcəklərinə ümid edək"

Çingiz Hüseynzadə: "Futbolçularımızın çətinliyin öhdəsindən gələcəklərinə ümid edək" "Ən güclü komandalar bir qrupa yığıldı"
Fərdi
7 Aprel , 2017 00:48
Çingiz Hüseynzadə: Futbolçularımızın çətinliyin öhdəsindən gələcəklərinə ümid edək

Bakı. 6 aprel. REPORT.AZ/ "Ən güclü komandalar bir qrupa yığıldı. Çünki Səudiyyə Ərəbistanı, Mərakeş və Kamerun komandaları çox güclüdür. Ümid edək ki, futbolçularımız çətinliyin öhdəsindən gələcəklər”.

"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandasının düşdüyü qrup barədə danışarkən deyib.

O, digər komanda növlərində də püşkün nəticələrini dəyərləndirib:

"Bir neçə yarışda beş komanda olsa da, qalib fərqli sistemlə müəyyənləşəcək".

Ç.Hüseynzadə əksər növlərdə Azərbaycan və Türkiyə yığmalarının eyni qrupa düşməsinə də münasibət bildirib:

"Əlbəttə, bu, oyunların gərgin olacağını göstərir. İdmandır, hazırlaşmaq və qalib gəlmək lazımdır".

Reqlamentə görə, voleybol turnirində qadınların mübarizəsində cəmi 5 komanda olacaq. Onlar dairəvi sistem üzrə oynayacaqlar. Sonda da ən çox xal toplayan qalib olacaq. MOK rəsmisi pley-off mərhələsi barədə məlumatsız olduğunu deyib:

"Bir neçə idman növündə beş komanda mübarizə aparır. İndi yadımda qalmayıb, hansında pley-off olacaq, ya olmayacaq. Həndbolda da eyni məsələ yaşanır. Ancaq məsələnin həlli bizdən asılı deyil. Bu, beynəlxalq federasiyaların qoyduğu qanunlara əsasən olacaq”.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına mayın 8-də futbol yarışları ilə start veriləcək.

Son xəbərlər

Orphus sistemi