Bu gün Bakıda pulsuz elektrik qatarı işləyəcək

Bu gün Bakıda pulsuz elektrik qatarı işləyəcək Qatar IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün xidmət göstərəcək
İnfrastruktur
22 May , 2017 09:14
Bu gün Bakıda pulsuz elektrik qatarı işləyəcək
Ady.az

Bakı. 22 may. REPORT.AZ/ Bu gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün "Bakı-Sərnişin" stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

“Report” "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, saat 18:00-dan 20:00-a kimi "Bakı-Sərnişin" stansiyasından “Koroğlu” dayanacağına yarım saatdan bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - saat 23:30-dan saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından "Bakı-Sərnişin" stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi