Beynəlxalq Olimpiya Komitəsinin prezidenti: "Rusiyanın olimpiadadan uzaqlaşdırılacağı istisna deyil"

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti: "Rusiyanın olimpiadadan uzaqlaşdırılacağı istisna deyil" Tomas Bax:"Kollektiv məsuliyyət və fərdi ədalət haqda mürəkkəb qərarı qəbul etməyə məcbur olacağıq"
Fərdi
18 May , 2016 12:55
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti: Rusiyanın olimpiadadan uzaqlaşdırılacağı istisna deyil

Bakı. 18 may. REPORT.AZ/ Rusiyanın 2016-cı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından uzaqlaşdırılması istisna edilmir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax Almaniyada çıxan "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya idmançıları ilə bağlı "dopinq proqramı"nın mövcudluğu təsdiqini taparsa, Rusiya "Rio-2016"da iştirakdan uzaqlaşdırılacaq. İOC prezidenti deyib ki, rusiyalı atletlərin olimpiadada iştirakı Ümumdünya Antidopinq Agentliyinin (WADA) araşdırmasının nəticələrindən asılıdır: "Dopinq sisteminin mütəşəkkilliyi və miqyası təsdiqlənsə, beynəlxalq federasiyalar və İOC kollektiv məsuliyyət və fərdi ədalət haqda mürəkkəb qərarı qəbul etməyə məcbur olacaq".

Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi Rusiya idmançılarının dopinq qəbul etməsi haqda araşdırma başlayıb. "New York Times" ABŞ hakimiyyətinin rusiyalı məmurlara qarşı dələduzluq maddəsi ilə cinayət işi aça biləcəyi xəbərini yayıb. 

Son xəbərlər

Orphus sistemi