Beynəlxalq Olimpiya Komitəsi: "Braziliya hökuməti olimpiadanı uğurla həyata keçirəcək"

Beynəlxalq Olimpiya Komitəsi: "Braziliya hökuməti olimpiadanı uğurla həyata keçirəcək" Koordinasiya Komissiyasının sədri Rio-de-Janeyroya yekun səfəri dəyərləndirib
Fərdi
14 Aprel , 2016 08:53
Beynəlxalq Olimpiya Komitəsi: Braziliya hökuməti olimpiadanı uğurla həyata keçirəcək

Bakı. 14 aprel. REPORT.AZ/ "Ölkədəki mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, Braziliya hökumətinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını uğurla həyata keçirəcəyinə əminəm". "Report"un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Koordinasiya Komissiyasının rəhbəri Naval Əl Mütavakel deyib.

Komissiyanın Rio-de-Janeyroya 3 günlük yekun səfərini dəyərləndirən İOC rəsmisi qarşıdakı olimpiadanın gözəl irs qoyacağına inam ifadə edib: "Yolun sonuncu sahəsi həmişə ən çətini olur. Hazırlığın bu mərhələsində hələ minlərlə xırda məsələni yoluna qoymaq lazım gəlir. Məhz onların həllinə gedən vaxt olimpiadanı adi Oyunlardan fərqləndirir. "Rio-2016" komandası bu çağırışa hazırdır".

Qeyd edək ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi