"Bakı 2017" ümumxalq səyahət turu Ağcabədiyə çatıb

"Bakı 2017" ümumxalq səyahət turu Ağcabədiyə çatıb Ağ göl parkında tədbir keçirilib
Fərdi
15 Aprel , 2017 13:42
Bakı 2017 ümumxalq səyahət turu Ağcabədiyə çatıb

Ağcabədi. 15 aprel. REPORT.AZ/ IV İslam Həmrəyliyi ilə əlaqədar Xəzər dənizində start götürən "Bakı 2017" ümumxalq səyahət turu Ağcabədi rayonuna çatıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, əlamətdar hadisə ilə əlaqədar Ağ göl parkında tədbir keçirilib. Su mərasimi rəqs həvəskarı Fatimə Şirinova, karate üzrə əməkdar məşqçi Eldəniz Qəmbərov, dünya çempionatının gümüş və bürünc medal mükafatçısı Adəm Məmmədov tərəfindən göldən səhəngə su doldurulması ilə başlanılıb. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Ağ göl Azərbaycanın ikinci ən böyük gölü sayılır. 

Qeyd edək ki, "Bakı - 2017" İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi