Azərbaycanın paracüdoçuları İslamiadanı 11 medalla başa vurublar - FOTO

Azərbaycanın paracüdoçuları İslamiadanı 11 medalla başa vurublar - FOTO Bu gün daha 7 medal qazanılıb
Fərdi
14 May , 2017 22:26
Azərbaycanın paracüdoçuları İslamiadanı 11 medalla başa vurublar - FOTO
Report.az

Bakı. 14 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın paralimpiyaçı cüdoçuları daha 7 medal qazanıblar. 

"Report"un məlumatına görə, Elçin Talıbov (66 kq) və Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq) və Kənan Abdullaxanlı (+100 kq) gümüş, Natiq Talıbov (73 kq), Rövşən Səfərov (90 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medal əldə edib.

Ötən gün isə Azərbaycanın qadın paralimpiyaçı cüdoçularından Afaq Sultanova (57 kq) və Ramilə Kaştayeva (70 kq) qızıl, Sevda Vəliyeva (57 kq) və Turanə Ağayeva (70 kq) gümüş medal qazanıblar. Beləliklə, paracüdoçular İslamiadanı 4 qızıl, 4 gümüş, 3 bürünc medalla başa vurublar. 

Son xəbərlər

Orphus sistemi