Azərbaycanın növbəti medalları qazanan idmançıları mükafatlandırılıb

Azərbaycanın növbəti medalları qazanan idmançıları mükafatlandırılıb Çingiz Hüseynzadə: "İdmançılarımızın daha çox nailiyyətlərinin olacağına əminik"
Fərdi
17 May , 2017 14:01
Azərbaycanın növbəti medalları qazanan idmançıları mükafatlandırılıb

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsi çərçivəsində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının IX yarış günündə medal qazanan idmançılarla görüş keçirilib.

"Report"un məlumatına görə, tədbirdə MOK-un, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və digər qonaqlar iştirak ediblər.

Ç.Hüseynzadə bildirib, Azərbaycan idmançıları möhtəşəm çıxışlarını davam etdirirlər: "Dünən taekvondo, üzgüçülük, atıcılıq növlərində qızıl medallar qazandılar. O cümlədən, gümüş və bürünc medallar əldə etdik. Hələ yarışlar irəlidədir. İdmançılarımızın daha çox nailiyyətlərinin olacağına əminik".

Tədbir zamanı şərəf lövhəsinə imza atan idmançılar mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan idmançıları mayın 17-də 13 medal qazanıblar. Üzgüçü Maksim Şemberev 200 m batterflyay (delfin) və 800 m sərbəst üsulla üzmədə 2 qızıl, Samir Nəbiyev və Oloxan Musayev para-aatletikanın nüvəitələmə, Yelena Çebanu para-atletikanın 100 m məsafəyə qaçış, Ruslan Lunyov pnevmatik tapançadan 10 m məsafəyə atəş açma, Anna Skidan atletikanın çəkicatma, Yaprak Eriş taekvondoda (57 kq) qızıl medal əldə edib. Daha bir taekvondoçu Qaşım Maqomedov (54 kq) yeganə gümüş medalın sahibi olub. “Bürünc”lərə isə güllə atıcısı Nigar Nəsirova pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada, atlet Yekaterina Sarıyeva üç təkanla uzununa tullanmada, ağırlıqqaldıran Rövşən Fətullayev 94 kq çəki dərəcəsində, tərkibi Alsu Bayramova, Yuliya Stısyuk, İlahə Raciyeva, Fatimə Əlkərimovadan ibarət üzgüçülük komandası sərbəst üsulla 4x100 m məsafəyə estafetdə yiyələnib. 

Son xəbərlər

Orphus sistemi