Azərbaycan üzgüçüsü olimpiadaya lisenziya qazanıb

Azərbaycan üzgüçüsü olimpiadaya lisenziya qazanıb Maksim Şemberev beynəlxalq turnirdə qızıl və gümüş medallar əldə edib
Fərdi
7 Mart , 2016 14:23
Azərbaycan üzgüçüsü olimpiadaya lisenziya qazanıb

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan üzgüçüsü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan Üzgüçülük Federsiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun "Report"a verdiyi məlumata görə, Maksim Şemberev Almaniyanın paytaxtı Berlində keçirilmiş "Swim Meeting" beynəlxalq turnirində qızıl və gümüş medallar qazanıb. 

M.Şemberev 1500 metr məsafəyə (15 dəqiqə 38,59 saniyə) sərbəst üslubda qızıl, 400 metr məsafəyə kompleks üzmədə isə gümüş (24,03 saniyə) medal qazanıb: "Üzgüçümüzün göstərdiyi hər iki nəticə "B" təsnifat normativini üstələyir ki, bu da 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına iştirak etmək hüququ verir. Qeyd edim ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq üzgüçülərimiz “B” təsnifat normativlərini üstələyərək lisenziya qazanırlar”. 

Mətbuat xidmətindən bildiriblər ki, digər azərbaycanlı üzgüçü Anton Jeltyakov brass üsulu ilə 200 metr məsafəyə (2 dəqiqə 18,86 saniyə) yarışda bürünc medal qazanıb. Onun "B" təsnifat normativini üstələyərək lisenziya qazanması üçün cəmi 2 saniyəsi çatmayıb: “Jeltyakovun lisenziya qazanması üçün bir neçə saniyə çatmadı. Bu da onun səhhətindəki xırda problemlə bağlı idi. Bu yaxınlarda Belarusun Brest şəhərində keçiriləcək lisenziya xarakterli növbəti yarışda Jeltyakovdan və 2 dəfə finala qədər yüksələn digər üzgüçümüz Boris Kirilovdan "B" təsnifat normativini üstələyərək lisenziya qazanmalarını gözləyirik”.

Son xəbərlər

Orphus sistemi