Bakı. 14 may.
"Report"un məlumatına görə, bu, üzgüçü Maksim Şemberevdir.
Kişilər arasında 1500 metr məsafəyə sərbəst üzmədə Şemberev 15 dəqiqə 7,29 saniyə nəticə ilə birinci yeri tutub. Ondan 33,83 saniyə geri qalan indoneziyalı Aflah Pravira gümüş, liderə 55,47 saniyə uduzan türkiyəli Ediz Yıldırımer bürünc medala sahib olub.