İslamiada: Azərbaycan cüdo yığması ilk yarış günü 4 qızıl, 5 gümüş medal qazanıb - FOTO - YENİLƏNİB-4

İslamiada: Azərbaycan cüdo yığması ilk yarış günü 4 qızıl, 5 gümüş medal qazanıb - FOTO - YENİLƏNİB-4 Nəzakət Əzizova finalda Türkiyə idmançısına məğlub olub
Fərdi
13 May , 2017 20:33
İslamiada: Azərbaycan cüdo yığması ilk yarış günü 4 qızıl, 5 gümüş medal qazanıb - FOTO - YENİLƏNİB-4

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanın daha 4 cüdoçusu İslamiadanın mükafatlarına layiq görülüb.

"Report" xəbər verir ki, qazanılan medallardan biri qızıl, digər üçü isə gümüşdür.

73 kq çəkidə mübarizə aparan kişi cüdoçuların final qarşılaşmasında iki Azərbaycan idmançısı - Hidayət Heydərov və Rüstəm Orucov üz-üzə gəlib. Heydərov rəqibinə ipponla qalib gələrək qızıl medala sahib çıxıb.

57 kq çəki dərəcəsində çıxış edən Kifayət Qasımova finalda Əlcəzairdən olan rəqibi Ratiba Tariketə məğlub olaraq gümüş medalla kifayətlənib.

63 kq çəkidəki Xanım Hüseynova isə həlledici görüşdə türkiyəli Busra Katipoğluna ipponla uduzub. 

***19:22

Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə İslamiadanın qızıl medalını qazanıb.

"Report" xəbər verir ki, 66 kq. çəki dərəcəsində çıxış edən cüdoçu finalda Əlcəzairdən olan rəqibi Houd Zurdanini 45 saniyəyə ipponla məğlub edib.

O finala gedən yolda - 1/4 finalda Eysa Majraşi (Səudiyyə Ərəbistanı) və 1/2 finalda Alireza Xojastidən (İran) üstün olub. 

***19:18

Azərbaycan milli komandası cüdo yarışlarında növbəti medalını qazanıb.

"Report" xəbər verir ki, 52 kq. çəki dərəcəsində çıxış edən Nəzakət Əzizova finalda məğlub olaraq yarışın gümüş mükafatçısı olub.

O, həlledici görüşdə İrəm Korkmaza (Türkiyə) məğlub olub.

Nəzakət Əzizova 1/4 finalda Ester Korin Evala Bondimə (Qabon), 1/2 finalda isə Diyora Keldiyorovdan (Özbəkistan) üstün olub.

***18:33

Azərbaycan milli komandası cüdo yarışlarında növbəti qızıl medal əldə edib. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov finalda türkiyəli Bəkir Özlünü son saniyələrdə ipponla yenərək, qızıl medala sahib çıxıb. 

***

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandası növbəti 2 medalı qazanıb. 

"Report"un məlumatına görə, hər iki medal cüdoçuların aktivinə yazılıb. Finalda ölkənin iki təmsilçisi Aişə Qurbanlı ilə Bazarraqça Erdenebat üz-üzə gəlib. Görüş Erdenabatın qələbəsi ilə yekunlaşıb. O, qızıl, Qurbanlı isə gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi