​Azərbaycan güləşçiləri Rio-2016-ya ABŞ və Mərakeş idmançıları ilə birgə hazırlaşır

​Azərbaycan güləşçiləri Rio-2016-ya ABŞ və Mərakeş idmançıları ilə birgə hazırlaşır Hazırlıq Göygöl Olimpiya İdman Kompleksində davam edir
Fərdi
24 İyun , 2016 12:54
​Azərbaycan güləşçiləri Rio-2016-ya ABŞ və Mərakeş idmançıları ilə birgə hazırlaşır

Bakı. 24 iyun. REPORT.AZ/ Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığması 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlığını Göygöl Olimpiya İdman Kompleksində davam etdirir. 

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, iyunun 20-dən start götürən təlim-məşq toplanışına ABŞ və Mərakeş güləşçiləri də qoşulub.

Toplanışda ABŞ yığmasının 9, Mərakeş komandasının isə 4 üzvü iştirak edir. Təlim-məşq toplanışı iyulun 4-dək davam edəcək. Ardınca yığma komandanın üzvlərinin daha bir sınaq turnirində iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Rio-2016-da 6 sərbəst, 5 yunan-Roma və 3 qadın güləşçi ilə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi