Azərbaycan futbol millisinə İslamiada üçün baş məşqçi təyin olunub

Azərbaycan futbol millisinə İslamiada üçün baş məşqçi təyin olunub Komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq
Fərdi
23 Fevral , 2017 11:46
Azərbaycan futbol millisinə İslamiada üçün baş məşqçi təyin olunub

Bakı. 23 fevral. REPORT.AZ/ Mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iştirak edəcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandanın baş məşqçisi Yaşar Vahabzadə olacaq.

Ümumilikdə futbol yarışlarında 8 yığma komanda mübarizə aparacaq.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi