Azərbaycan basketbolçusu: "Biz hər bir oyuna qalib olmaq üçün çıxırıq"

Azərbaycan basketbolçusu: "Biz hər bir oyuna qalib olmaq üçün çıxırıq" "Qətər son dünya çempionudur, əlimizdən gələni etdik ki, qalib olaq"
Fərdi
22 May , 2017 00:03
Azərbaycan basketbolçusu: Biz hər bir oyuna qalib olmaq üçün çıxırıq
Report.az

Bakı. 22 may. REPORT.AZ/ "Biz hər bir oyuna qalib olmaq üçün çıxırıq. Qətər son dünya çempionudur, əlimizdən gələni etdik ki, qalib olaq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İslamiadanın qızıl medalçısı, 3x3 basketbol üzrə Azərbaycan yığma komandasının üzvü Amil Həmzəyev deyib.

Onun sözlərinə görə, yarışın ən çətin oyunu elə Qətərlə keçirilən final oyunu olub:

"Onlar həmişə kobud oynayırlar və son oyuna istirahət edib çıxıblar".

A.Həmzəyev ümidvar olduğunu bildirib ki, bu qalibiyyətdən sonra Azərbaycanda 3x3 basketbol növü populyarlıq qazanacaq.

Son xəbərlər

Orphus sistemi