Azad Rəhimov: "İslamiada "Rio-2016"dan da yüksək səviyyədə keçirildi"

Azad Rəhimov: "İslamiada "Rio-2016"dan da yüksək səviyyədə keçirildi" "Açılış mərasimində nəqliyyat problemi olmuşdusa, bağlanışda belə problem olmayıb"
Fərdi
23 May , 2017 16:23
Azad Rəhimov: İslamiada Rio-2016dan da yüksək səviyyədə keçirildi
Report.az

Bakı. 23 may. REPORT.AZ/ "IV İslam Oyunları Bakıda bəlkə də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirilib". 

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilmiş İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, "Bakı 2017"nin təşkilatçılığından razılıq ifadə edib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən nazir bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb. A.Rəhimovun sözlərinə görə, açılış mərasimində tamaşaçıların stadiona çatdırıması zamanı nəqliyyatda problem olubsa, bağlanışda belə problem yaşanmayıb. 

Nazir Azərbaycanın 2021-ci ildə İstanbulda keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına ən güclü komanda göndərəcəyini vurğulayıb. O, komandanın heyətində çoxsaylı legionerin yer almasına isə belə münasibət bildirib: "Biz multikultural ölkəyik və ölkəmizə dəvət edilən idmançılara legioner kimi baxmırıq". 

Son xəbərlər

Orphus sistemi