Azad Rəhimov: "Azərbaycan idmançılarından yeni növlərdə medal gözləyirik"

Azad Rəhimov: "Azərbaycan idmançılarından yeni növlərdə medal gözləyirik" "Bizi sevindirən hal odur ki, yeni növlər inkişaf etdirilir"
Fərdi
23 İyun , 2016 11:59
Azad Rəhimov: Azərbaycan idmançılarından yeni növlərdə medal gözləyirik

Bakı. 23 iyun. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın 60-dan çox idmançısının iştirakı gözlənilir. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

O bildirib ki, "Rio-2016"ya 2012-ci il London olimpiadası ilə müqayisədə daha çox idmançı yollanacaq: "Ən əsası, hər olimpiadada olduğu kimi, bu dəfə də yeni növlərdə lisenziyalar qazanılıb. Triatlon, trek velosipedi, kanoe-slalom kimi növləri qeyd edərdim. Bizi sevindirən hal odur ki, yeni növlər inkişaf etdirilir".

Nazir yeni medal ümidi kimi kayakçı və kanoeçilərə, eləcə də triatlonçu Rostislav Pevtsova yanaşdıqlarını deyib: "Kayak və kanoedə mübarizə sprinter məsafəsində olur. Burada idmançıdan çox şey asılıdır, bəxt amili də rol oynayır. Ola bilsin, medal qazandıq. Triatlonçu Pevtsov isə çox maraqlı idmançıdır. Ondan "Bakı 2015" I Avropa Oyunlarında yüksək nailiyyət gözləmirdik. Özü hazırlıq mərhələsində olsa da, bürünc medal qazandı. Olimpiada elə bir yarışdır ki, orada sürprizlər çox olur". 

Son xəbərlər

Orphus sistemi